Kürdəmirdə koronavirus xəstəsi saxlanılıb

Kürdəmirdə koronavirus xəstəsi saxlanılıb Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Hadisə
2 Sentyabr , 2021 12:42
Kürdəmirdə koronavirus xəstəsi saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Sığırlı kənd sakini, 1996-cı il təvəllüdlü Osmanov Niyazi Eydulla oğlu COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.

Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, avqustun 27-də N.Osmanov COVID-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı pozitiv çıxıb.

Daha sonra o, icazəsiz olaraq, yaşadığı yeri tərk edərək virusun digər insanlara yayılma təhlükəsi yaradıb.

Rayon Polis Şöbəsinin əməkdaşları dərhal N.Osmanovun yerini təsbit edərək saxlayıb və onunla profilaktik söhbətlər aparıblar. Daha sonra polislər onu yaşadığı evə geri qaytarıblar.

Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi