Kürdəmirdə köhnə mehmanxanada yanğın baş verib

Kürdəmirdə köhnə mehmanxanada yanğın baş verib Kürdəmir rayonu ərazisində yanğın hadisəsi olub.
Hadisə
7 Fevral , 2021 19:46
Kürdəmirdə köhnə mehmanxanada yanğın baş verib

Kürdəmir rayonu ərazisində yanğın hadisəsi olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində yerləşən köhnə mehmanxanada qeydə alınıb. Yanğın ümumi sahəsi 900 kv.m və 3 mərtəbədən ibarət olan binanın 3-cü mərtəbəsində otaqlardan birinin döşəməsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi