Kürdəmirdə karantini pozan toy sahibləri cərimələnib

Kürdəmirdə karantini pozan toy sahibləri cərimələnib Kürdəmir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Hadisə
145
7 Noyabr , 2021 19:35
Kürdəmirdə karantini pozan toy sahibləri cərimələnib

Kürdəmir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Sığırlı kənd sakini Həşimov Kamil Şahnesib oğlu və rayonun Ərəbqubalı kənd sakini Kərimov Qabil Bəylər oğlunun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Müəyyən olunan qayda pozuntusu ilə bağlı hər iki ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati xətalar məcəlləsinin müvafiq bəndinə əsasən 400 manat miqdarında cərimə tətbiq olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi