Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Xəlsə kəndində fəaliyyət göstərən kafedə 15 nəfər sakinin ad günü mərasimi keçirərək karantin qaydalarını pozması faktını aşkarlayıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kafenin sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanılaraq şöbəyə dəvət olunublar.
İlkin olaraq polis əməkdaşları onlara karantin rejiminin qaydalarını izah ediblər. Saxlanılanlar etdikləri əməldən peşman olduqlarını bildiriblər. Sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.