Kürdəmirdə karantini pozan restoran sahibi cərimələnib

Kürdəmirdə karantini pozan restoran sahibi cərimələnib Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib.”
Hadisə
1032
2 Dekabr , 2020 18:46
Kürdəmirdə karantini pozan restoran sahibi cərimələnib

Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonunun Xırdapay kənd ərazisində yerləşən “Qarabağ” restoranının sahibi Hacıyev Baqir İlham oğlu karantin qaydalarını ciddi şəkildə pozduğuna görə rayonun polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis şöbəsinin əməkdaşları onunla profilaktik söhbətlər apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Baqir Hacıyevi Kürdəmir Rayon Məhkəməsinə aparıblar. Sonda məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min (üç min) manat cərimə olunub.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi