Kürdəmirdə DAF markalı yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmirdə DAF markalı yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
4 Noyabr , 2019 00:46
Kürdəmirdə DAF markalı yük maşını piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı  ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Qarabucaq kənd sakini, 1979-cu il təvəllüdlü Qarayev Nizami Əliqara oğlu yolu keçmək istəyərkən "DAF" markalı yük avtomobili onu vurub. Nəticədə N.Qarayev hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hadisə zamanı sürücü də maşını aşıraraq xəsarət alıb. 


*** 23:16

Kürdəmir rayonunda piyadanın ölümü və sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yük maşını hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan piyada hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi