​Kürdəmirdə intihar cəhdinin qarşısı alınıb

​Kürdəmirdə intihar cəhdinin qarşısı alınıb Hadisə günorta saatlarında baş verib
Hadisə
12 Aprel , 2015 18:36
​Kürdəmirdə intihar cəhdinin qarşısı alınıb

Bakı. 12 aprel. REPORT.AZ/ Kürdəmir rayonunda intihar cəhdinin qarşısı alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 45 metr olan işıq dirəyinə çıxıb.

Dərhal FHN-in yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq intihara cəhdin qarşısını alıblar. Vətəndaş adiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:57-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi