Kürdəmir rayonunda iki yeniyetməni it dişləyib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bala Kəngərli və Şahsevən kəndlərində qeydə alınıb.
Belə ki, həmin kəndlərin sakinləri - 2004-cü il təvəllüdlü Aytən İsmayıl qızı Nəbiyeva və 2008-ci il təvəllüdlü Səbuhi Saleh oğlu Novruzovu it dişləyib.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.