Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var

Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Aprel , 2021 14:30
Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

Belə ki, Rəsulov Arif Müseyib oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil Canməmmədov Taleh Ağamməd oğlunun idarə etdiyi "NİVA" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “NİVA”da olan sərnişin, 1981-ci il təvəllüdlü Məmmədov Ramiz Namiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi