Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı prospektində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Soltanov Şəmil Safəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.