Kürdəmirdə yol qəzası baş verib - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yol qəzası baş verib - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
17 yanvar 2019 17:55
Kürdəmirdə yol qəzası baş verib - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


***20:49

Kürdəmir. 17 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Karrar qəsəbə sakini Xəyal Aydın oğlu Əliyevin idarə etdiyi 33 BE 858 dövlət qeydiyyatı nişanlı "VAZ-2107" markalı minik avtomobili Göyçay rayon sakini Rəhim Elxan oğlu Məmmədovun idarə etdiyi 90 CT 860 dövlət qeydiyyatı nişanlı "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücülər xəsarət almasalar da, hər iki maşına ziyan dəyib. 

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi