Kürdəmirdə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO - VİDEO

Kürdəmirdə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO - VİDEO Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
6 Mart , 2020 13:30
Kürdəmirdə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO - VİDEO
Report

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Agsu-Kürdəmir-İmişli yolunun 44-cü km-də, rayonun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Asif Təvəkkül oğlu Qəniyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1994-cü il təvəllüdlü Xəqani Akif oğlu Adıgözəlovun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobil toqquşub. 

Nəticədə X.Adıgözəlov və onun sərnişinləri, 2001-ci il təvəllüdlü Səfurə Kamran qızı Əmirova və 1994-cü il təvəllüdlü Gülyanaq Kərbəla qızı Səlimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi