Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var

Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var Kürdəmir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
4 Mart , 2021 06:00
Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var

Kürdəmir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1950-ci il təvəllüdlü Mustafayeva Dursun xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi