Bakı. 10 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda Gürcüstan vətəndaşını maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə dekabrın 10-da saat 01 radələrində qeydə alınıb.
Belə ki, Kürdəmir rayonunun Qarabucaq kəndində Gəncə şəhər sakini Seymur Səfərquliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Elşad Günbatovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.