Kürdəmir rayonunda binadan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, Rəmzi Qələbə oğlu İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi başlanılıb.
***17:56
Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.
Belə ki, rayonun Atakişili kənd sakini, 1971-ci il təvəllüdlü Rəmzi Qələbə oğlu İbrahimov işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, həmin tikintidə baş verən üçüncü hadisədir. Bundan əvvəl iki nəfər həmin tikintidə hündürlükdən yıxılaraq ölmüşdü.