Kürdəmirdə evdən oğurluq edənlər saxlanıldı

Kürdəmirdə evdən oğurluq edənlər saxlanıldı Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.
Hadisə
188
21 Aprel , 2020 18:47
Kürdəmirdə evdən oğurluq edənlər saxlanıldı

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Xınıslı kənd sakini Məmmədov Rəfael İnqlab oğlu Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus fərdi yaşayış evindən məişət əşyalarının oğurlandığını bildirib.

Polis  əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin Kürdəmir rayon sakinləri - əvvəllər məhkum olunmuş Babaşov Rövşən Rasim oğlu və Cabbarov İntiqam İftixar oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Hər iki şəxs şübhəli şəxs qismində saxlanılıb və ilkin dindirmə zamanı cinayət əməlini etiraf ediblər.

Qeyd edək ki, onlar Rəfael Məmmədova ümumilikdə 4 000 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda onların digər cinayət əməli törədib-törətməmələri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi