Kürdəmirdə evdə yanğın olub, ev sahibəsi yanaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə evdə yanğın olub, ev sahibəsi yanaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Noyabr , 2018 20:12
Kürdəmirdə evdə yanğın olub, ev sahibəsi yanaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Kürdəmir. 29 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı ölən ev sahibinin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 19:11

Kürdəmir. 29 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.

Hadisə zamanı ev sahibinin yanaraq öldüyü bildirilir. 

Son xəbərlər

Orphus sistemi