Kürdəmirdə evdə qadın meyiti tapılıb

Kürdəmirdə evdə qadın meyiti tapılıb Kürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb.
Hadisə
6 Avqust , 2021 15:08
Kürdəmirdə evdə qadın meyiti tapılıb

Kürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Soltan Şıxəliyev küçəsində qeydə alınıb.

Onun Kürdəmir bazarında xadimə işləyən, 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızı olduğu müəyyənləşib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi