Kürdəmir rayonunun Qağacılı kəndində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 320 kv.m. 6 otaq və bir mətbəxdən ibarət evin 130 kv.m. sahəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
04:57***
Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın başlayıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qağacılı kəndində qeydə alınıb.
Yanğın, kənd sakini, 1970-ci il təvəllüdlü Xələfov Malik Ələddin oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 320 kv.m olan 6 otaq və bir mətbəxdən ibarət olan evin ikinci mərtəbəsinin tavan hissəsində başlayıb.
Hadisə yerinə
Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək üçün işlər davam etdirilir.