Kürdəmirdə "Daewoo" aşıb, üç nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Kürdəmirdə "Daewoo" aşıb, üç nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO Video əlavə edilib.
Hadisə
17 İyul , 2018 17:20
Kürdəmirdə Daewoo aşıb, üç nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Video əlavə edilib.


***15:00

Kürdəmir. 17 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Daewoo" markalı minik avtomobili idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar - 1988-ci il təvəllüdlü Əliyev Pərviz Sakit oğlu, 1964-cü il təvəllüdlü Əliyeva Nazilə Qəni qızı və 1989-cu il təvəllüdlü Əliyeva Nurlana Arzu qızı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müayinə edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi