Kürdəmirdə qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Kürdəmirdə qətl hadisəsi ilə bağlı cinayət işi açılıb Kürdəmir rayonunda qətl hadisəsi olub
Hadisə
638
8 Aprel , 2021 10:40
Kürdəmirdə qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Kürdəmir rayonunda qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb.

A.Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı şəraitdə qətlə yetirilməsi hələ ki məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi