Kürdəmirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Kürdəmirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNİB Kürdəmir. 25 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
25 yanvar 2019 14:30
Kürdəmirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Kürdəmir. 25 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində nəticədə minik avtomobilində olan bir ailənin üzvləri - Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


*** 16:49

Kürdəmir. 25 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi