Kürdəmirdə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Şilyan kəndində vətəndaşlara məxsus 50 hektara yaxın ərazidə biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.
Bundan başqa, ərazidə hazır yığılmış ot bağlamaları da yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
***00:40
Kürdəmirdə biçilmiş taxıl sahəsi yanır.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.
Yanğın böyük bir ərazini əhatə etdiyindən hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 16 nəfər şəxsi heyəti cəlb olunub. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısı alınır.

