Kürdəmir rayonunda 1 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb.
"Report"un Yuxarı-Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çöhranlı kəndində, kənd bələdiyyəsinə məxsus ərazidə baş verib.
Əraziyə FHN-in Kürdəmir Yanğın Mühafizə Xidmətinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.


