Kürdəmirdə taxıl zəmisində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Kürdəmirdə taxıl zəmisində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
30 May , 2019 20:32
Kürdəmirdə taxıl zəmisində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2
Report

Video əlavə olunub


*** 13:34

Kürdəmir rayonunda taxıl zəmisində baş verən yanğın söndürülüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Yenikənd kəndi ərazisində Fikrət Abdullayevə məxsus ümumi sahəsi 44 hektar taxıl sahəsinin 2 hektar sahəsində baş verən yanğın söndürülüb. Yanğının digər sahələrə keçməsinin qarşısı alınıb.

Hazırda fermerə dəyən ziyan araşdırılır.


*** 12:17

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın başlayıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl zəmisində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi