Kürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürüb - YENİLƏNİB

Kürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürüb - YENİLƏNİB Kürdəmir rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən şəxsin kimli məlum olub.
Hadisə
9 Dekabr , 2019 23:38
Kürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürüb - YENİLƏNİB

Kürdəmir rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən şəxsin kimli məlum olub. 

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ölən şəxs “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi olub. 

Belə ki, Kürdəmir rayonu, Xırdapay kənd sakini 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


*** 21:14

Kürdəmir rayonunda orta yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

Hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi şəhər ərazisində elektrik dirəyinə çıxaraq təmir işlıəri aparırmış. Bu zaman qəfildən yerə çırpılaraq ağır bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Onun elektrik cərəyanı vurması nəticəsində öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi