Kürdəmirdə avtomobillər toqquşub, 3 nəfər yaralanıb

Kürdəmirdə avtomobillər toqquşub, 3 nəfər yaralanıb Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
368
23 Oktyabr , 2021 15:28
Kürdəmirdə avtomobillər toqquşub, 3 nəfər yaralanıb

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KIA" markalı avtomobil "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan 3 nəfər - 29 yaşlı Hüseynov Ümid Qnyaz oğlu, 17 yaşlı Manaflı Vüsal Tahir oğlu və 2 yaşlı Hüseynli Miray Ümid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi