Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, sürücü İsayev Eynulla Babaxan oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1949-cu il təvəllüdlü Mikayılova Pəri Məlik qızını vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.