Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib - VİDEO - ƏLAVƏ OLUNUB - FOTO

Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib - VİDEO - ƏLAVƏ OLUNUB - FOTO Video əlavə olunub
Hadisə
11 Noyabr , 2019 20:43
Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib - VİDEO - ƏLAVƏ OLUNUB - FOTO
Foto: "Report"

Video əlavə olunub


***19:24

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Saatlı rayon sakini Baratov İsgəndər Laçın oğlu "VAZ-2107" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən Kürdəmir rayon Sığırlı kənd sakini Məmmədov Sahil Sabit oğlunu vurub. Nəticədə S.Məmmədov müxtəlif növ ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi