Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilində Yuxarı Şirvan su kanalına düşən 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin (Rusiya Federasiyası vətəndaşı) axtarışları başa çatıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
V.Nimanixinin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Kürdəmirdə kanala düşən avtomobil tapılaraq sudan çıxarılıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "Toyota" markalı avtomobilin sürücüsü, Rusiya vətəndaşı 27 yaşlı Nimanikin Vadim Andreyeviç idarəetməni itirib və nəqliyyat vasitəsi Aşağı Şirvan kanalına düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Kürdəmir rayonunda avtomobil su kanalına düşüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sor-Sor kəndi ərazisində içərisində 1 nəfərin olduğu ehtimal edilən "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.








