Bakı. 31 avqust. REPORT.AZ/ Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report"un xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun 210 km-də rayonun Qarabucaq kənd ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 1982- ci il təvəllüdlü Fərəc Babakişi oğlu Fərəcov 99-AD-210 dövlət nömrə nişanlı "Renault" markalı minik maşını ilə hərəkət edərkən yoldan çıxaraq 50 metr yuvarlanıb və su kanalına düşüb.
Qəza nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.