Kürdəmirdə avtomobil su kanalına düşüb, xəsarət alan var

Kürdəmirdə avtomobil su kanalına düşüb, xəsarət alan var Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
206
4 Dekabr , 2021 17:10
Kürdəmirdə avtomobil su kanalına düşüb, xəsarət alan var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarayev Mais Ləzgi oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb, maşına isə ciddi ziyan dəyib.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi