Kürdəmirdə avtomobil su kanalına aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Kürdəmirdə avtomobil su kanalına aşıb, bir ailənin 4 üzvü xəsarət alıb Kürdəmirdə avtomobil qəzası baş verib.
Hadisə
26 İyun , 2022 08:08
Kürdəmirdə avtomobil su kanalına aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Kürdəmirdə avtomobil qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Atakişili kənd sakini, 33 yaşlı Kərimov Sərxan Cəlal oğlu “Nissan” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən nqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər - 25 yaşlı Kərimova Samirə Elxan qızı, 2 yaşlı Kərimli Aylin Sərxan qızı və 1 yaşlı Kərimli Cəlil Sərxan oğlu müxtəlif xəsarətlər alıbıar.

Yaralılar təcili tibbi yardım maşınının köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi