Kürdəmirdə avtomobil su kanalına aşdı, xəsarət alan var

Kürdəmirdə avtomobil su kanalına aşdı, xəsarət alan var Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib
Hadisə
28 Mart , 2021 01:31
Kürdəmirdə avtomobil su kanalına aşdı, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, Kürdəmir rayon Atakişili kənd sakini, 42 yaşlı İsmayılov Rövşən Ələddin oğlu İmişli istiqamətində hərəkətdə olarkən nəqliyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, su kanalına aşıb. Hadisə zamanı sürücü müxtəlif xəsarətlər alaraq, təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi