Video əlavə olunub
*** 09:21
Kürdəmir. 25 iyun. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Qazax istiqamətdə hərəkətdə olan 1945-ci il təvəllüdlü Yelmar Şahmar oğlu Rzayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy şəhər sakini, 1946-cı il təvəllüdlü Tamara Hüseyn qızı Rzayeva hadisə yerində ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
T.Rzayevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Yaralılar isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların arasında uşaqlar da var.
Faktla bağlı araşdırma aparılır.








