Kürdəmirdə avtomobil körpünün hasarına çırpıldı

Kürdəmirdə avtomobil körpünün hasarına çırpıldı Kürdəmir rayonunda avtomobil qəzası baş verib.
Hadisə
1279
26 İyul , 2020 21:26
Kürdəmirdə avtomobil körpünün hasarına çırpıldı
0 : 00
0 : 00

Kürdəmir rayonunda avtomobil qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektindəki körpüdə qeydə alınıb.

Sürücü, 31 yaşlı rayon sakini Səfərli Kamran Fəxrəddin oğlu “Toyota” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Bu zaman avtomobil körpünün ətrafındakı təhlükəsizlik hasarına çırpılıb və hasar yerindən qoparaq aşağı düşüb. Xoşbəxtlikdən sürücü təhlükədən son anda qurtulub və hadisə zamanı körpünün alt hissəsindən keçən olmayıb

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi