Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub.
Hadisə
13 oktyabr 2019 14:20
Kürdəmirdə avtomobil aşıb,  sürücü xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub.


***17:34

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəzada xəsarət alan sürücü, Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi