Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Hadisə
29 Sentyabr , 2022 19:01
Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini 48 yaşlı Xəlil Xəlilov Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı sürücü və onun sərnişini 44 yaşlı Mingəçevir sakini Əhmədzadə Rəşad Nizami oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazlrda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi