Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
2 Sentyabr , 2021 23:44
Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var
0 : 00
0 : 00

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Sürücü Mürsəliyev İlqar Əbülhəsən oğlu "Mitsubishi" markalı avtomoblə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücünün qardaşı, 44 yaşlı Mürsəliyev Elşən Əbülhəsən oğlu müxtəlif növ bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi