Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Babək prospektində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini, 56 yaşlı Şirinova Gülnarə Üzeyir qızını vurub. Nəticədə G.Şirinova ağır bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.