Kürdəmirdə avtomobil piyadanı vuraraq xəsarət yetirib

Kürdəmirdə avtomobil piyadanı vuraraq xəsarət yetirib Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
28 May , 2019 22:25
Kürdəmirdə avtomobil piyadanı vuraraq xəsarət yetirib

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Babək küçəsində qeydə alınıb. 

Belə ki, Atakişili kənd sakini, 1955-ci il təvəllüdlü Yaşar Hüseyn oğlu Salmanov yolu qarşı tərəfə keçmək istəyən zaman "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi