Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Dekabr , 2017 19:19
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb
Foto: Report.az

Kürdəmir. 27 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 200-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Bakı istiqamətində hərəkət edən naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub və o, hadisə yerində ölüb. Sürücü hadisə yerindən qaçıb. Ölənin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi