Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb Bakı. 19 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Noyabr , 2018 09:34
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Ağsu rayon sakini Muradov Həkim Yolçu oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Piyada ölüb. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi