Kürdəmirdə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü, 30 yaşlı Gəncə şəhər sakini Alıyev Mahir Mehman oğlu "Mercedes" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən həmin yoldan keçən Kürdəmir rayon Atakişili kənd sakini, 33 yaşlı Rəsulov Tural Adil oğlunu vurub. Nəticədə Tural Rəsulov ağır bədən xəsarəti alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.