Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Oktyabr , 2021 07:52
Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Kərimov Nəzir Əzizbala oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi