Yuxarı
    Bağlamaq

    Kürdəmirdə avtomobil hasara çırpılıb, iki nəfər ağır xəsarət alıb

    Faktla bağlı araşdırma aparılır

    Kürdəmir. 23 sentyabr. REPORT.AZ/ Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

    "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 29 cu km-də, Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində baş verib.

    Belə k, 24 yaşlı sürücü Əhməd Gülməmməd oğlu Əhmədov "VAZ-21015" markalı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca dəyərək daha sonra vətəndaşa məxsus hasara çırpılıb.

    Nəticədə Ə.Əhmədov və sərnişini, 1994-cü il təvəllüdlü Azər Mahir oğlu Ədilov ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. 

    Xəstəxanadan "Report"a verilən məlumata görə, xəstələrin vəziyyəti ağır olaraq qalır.

    Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi