Video əlavə olunub
***18:17
Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini, 1975-ci il təvəllüdlü Musayev İsa Zakir oğlunun idarə etdiyi "Xəzər" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə onun avtomobildə həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəkilova Gülçin Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
