Kürdəmirdə avtomobilin beton səddə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Kürdəmirdə avtomobilin beton səddə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
17 Fevral , 2019 23:33
Kürdəmirdə avtomobilin beton səddə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***20:16

Kürdəmir. 17 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 172 kilometrliyində, Karrar kəndi ərazisində qeydə alınıb. 

Bərdə şəhər sakini, 1959-cu il təvəllüdlü Rövşən Müslüm oğlu Ağayev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və maşın yol kənarındakı beton səddə çırpılıb. Nəticədə R.Ağayev və sərnişini, 1967-ci il təvəlüdlü Gəncə şəhər sakini Həqiqət Əlihüseyn qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. R.Ağayev Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. H.Məmmədovanın vəziyyəti ağır olduğundan o, həmin xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Kürdəmirdə "Azərsu"ya məxsus avtomobil avtobusla toqquşub.

Son xəbərlər

Orphus sistemi