Yuxarı

Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var - VİDEO

Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb

Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 21099” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və aşıb.

Qəzada  müxtəlif növ bədən xəsarəti alan Bakı sakini Rəsulova Gülayə Əyyub qızı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi