Kürdəmirdə avtomobil aşıb, 9 yaşlı uşaq və daha 2 nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, 9 yaşlı uşaq və daha 2 nəfər xəsarət alıb
Hadisə
16 Mart , 2023 20:01
Kürdəmirdə avtomobil aşıb, 9 yaşlı uşaq və daha 2 nəfər xəsarət alıb

Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, Tərtər rayon sakini Bayramlı Ceyhun İdris oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər - Tərtər rayon sakinləri 9 yaşlı Bayramlı Yusif Ceyhun oğlu, 30 yaşlı Orucova Güldəstə Qoşqar qızı və 52 yaşlı Hüseynova Səkinə Aydın qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Son xəbərlər

Orphus sistemi